Tərkibi:Doymamış piyli turşular
-Petrozelin turşusu 50-60%
-Olein turşusu 15-22%
-Linol turşusu 10-14%
-Piyli turşular 12-18%
-Palmitin turşusu 1-4%
-Efir yağları 6,5%
Təsirləri: Spazmolitik, öyüməyə qarşı, şirəqovucu, ödqovucu, qazqovucu,işlədici,mikrob əleyhinə,süd gətirici, bəlğəm gətirici, qıc olmaya qarşı,sakitləşdirici təsir göstərir. Bağırsaqların tonusunu qaldırır, qaz əmələ gəlməni azaldır, iştahı artırır. Nəfəs yolları xəstəliklərində ( traxeit, bronxit,vərəm, iltihablı proseslər ) işlədilir.
Əks təsiri: Yağlara qarşı fərdi həssaslıq.Hamiləlik zamanı yağın qəbulu 2 dəfə azaldılır.
Qəbul qaydaları və dozası: Gündə 2-3 dəfə yeməkdən əvvəl qəbul edilir.
Yaşlılar üçün 3-5 ml yağı 100 ml mineral su, çay və ya südlə qarişdırılıb qəbul edilir.
Südəmər uşaqlarda 2-4 damcı 50 ml çay və ya südlə qarişdırılıb qəbul edilir.
1yaşından boyük uşaqlarda 5-10 damcı 50 ml çay və ya südlə qarişdırılıb qəbul edilir.
Qablaşması: 15 ml şüşə flakonlar.
Saxlanma qaydası: Uşaqların əli çatmayan, sərin və qaranlıq yerdə saxlamalı. Soyuducuda saxladıqda yagın rəngi tündləşir və qatılaşır. Ancaq bu xüsusiyyətlər yağın tərkibinə təsir etmir və uzun müddət qalır.
Saxlama müddəti: 2 il