TƏRKİBİ:
- Vitaminlər: A, E, C, F, B1, B2, B6
- Minerallar: Zn, Fe, Na, Ca, Mg, P
- Zülal maddələri: kollagen, elastin, keramid
- Emulsin fermenti
- Aşılayıcı maddələr, azotlu maddələr
- Lesitin, sitosterin, qlükoza, skvalen
TƏSİRİ:
- Ağrıkəsici, spazmolitik, bürüyücü və yumşaldıcı effektlərə malikdir
- Dəridə baş verən qıcıqlanmanı, quruluğu və qabıqlanmanı aradan qaldıraraq, dərini təmizləyir, su və lipid balansını tənzimləyir
- Badam yağı saçların uzanması və möhkəmləndirilməsinin güclü, təbii stimulyatorlarından biridir. Saç diblərini qidalandırmaqla o, saçların uzanmasını stimullaşdırır və onları parlaq və yumşaq edir, kiprikləri isə qidalandıraraq möhkəmləndirir.
- Yüksək cavanlaşdırıcı effektə malikdir, epidermis hüceyrələrinin yeniləşməsini və bərpasını stimullaşdırır, dərini yumşaldır və nəmləndirir, onu ətraf mühitin zərərli təsirlərindən qoruyur.
- Badam yağı antisellülit təsirə malikdir. Dərinin daha dərin qatlarına daxil olaraq limfa və qan dövranını aktivləşdirir, bununlada artıq mayenin və şlakların xaric olmasına, dərinin möhkəmlənməsinə və dartılmasına səbəb olur.
- Olein turşusu dəridən tez sovrulur, onu sakitləşdirir, yumşaldır, iltihabəleyhinə, regenerasiyaedici, tonuslandırıcı, cavanlaşdırıcı, qidalandırıcı, və nəmləndirici təsir göstərir.
- Azotlu maddələr hüceyrələrdə zülal tarazlığını tənzimləyir, dərinin yeniləşməsini optimallaşdırır, bunun nəticəsində o daha hamar, şəffaf və elastik olur.
- Lesitin hüceyrələrdə antisklerotik və fermantativ aktivliyi gücləndirir.
- E vitamini hüceyrələrin qocalmasını ləngidir, dəridəki iltihabi prosesləri aradan qaldırır, təbii antioksidantdır.
İSTİFADƏ QAYDASI:
- Xroniki qastrit, kolit və qəbizlik zamanı:
- 12 yaşına kimi uşaqlar gündə 2 dəfə ½ x/q yeməkdən 30 dəq əvvəl,
- 12 yaşından böyük uşaqlar isə gündə 2 dəfə 1 x/q yeməkdən 30 dəq əvvəl qəbul edilir.
- Dərini qidalandırmaq üçün – hər gün dəriyə bir neçə damcı sürtülür.
- Üz dərisinin təmizlənməsi üçün – isti suda isladılmış və sıxılmış pambığa bir neçə damcı yağ töküb kiprikləri və üzü makiyajdan təmizlənir.
- Saçların uzanması və möhkəmləndirilməsi üçün – həftədə bir dəfə saçları yumazdan 1 saat əvvəl saçların dibinə sürtülür.
- Striaların müalicəsi və profilaktikası üçün gündə 2 – 3 dəfə 10 – 15 damla yağ dəriyə sürtmək kifayətdir.
Buraxılış forması: Flakon 100 ml
İSTEHSALÇI: SEL MMC. Azərbaycan.