Qurudulmuş üzüm toxumları Almaniyanın “Monforst” avadanlığında soyuq sıxılma üsulu ilə 2004 0043 saylı 12.04.2004 il tarixli patent əsasında istehsal edilir.
Üzüm yağı kosmetikada həm müstəqil olaraq, həm də müxtəlif kompozisiyalarda kosmetik vasitə kimi geniş istifadə olunur.
Tərkibi:
Linol turşusu – 70 %
Olein turşusu – 25 %
Təsirləri: Dəriyə tez sorulur, nəmləndirir, yumşaldır və bu zaman dəridə yağlı parıltılıq yaratmır.
● Dərini təravətləndirir və tonuslandırır, onun elastikliyini artırır.
●Dəri qatının regenerasiyası proseslərini sürətləndirir.
●Dərinin zədələnmiş hissələrinə yeni örtüyün yaranmasına, qranullaşmasına aktivlik göstərir.
●Dərinin rəngini açır, qocalıq piqment ləkələrinin əmələ gəlməsinin qarşısını alır.
●Dərinin lipid balansını təmin edir, dərialtı kapillyarları möhkəmləndirir.
●Sellyulit yağlarının əmələ gəlməsinin qarşısını alır və qanın mikrosilkulyarlığını təmin edir.
●Cizvələrin kompleks müalicəsində geniş istifadə olunur.
●Yağın güclü antioksidant təsiri dərini tez qocalmağa qoymur və dəri qatının baryer funksiyalarını gücləndirir.
Qəbul qaydaları: Əllə toxunduqda qoz yağı rayihəli, təravətli incə yağdır. Masaj zamanı əsasən sellyulitlərdə çox geniş istifadə olunur. Jojoba və avakado yağları ilə yaxşı uzlaşır.
Əks təsirlərti: Yağlara qarşı fərdi həssaslıq.
Qablaşması: 15 ml.
Saxlama qaydası:Quru, qaranlıq, uşaqların əli çatmayan , otaq temperaturda saxlayın.
Yararlılıq müddəti: 2 il