Qurudulmuş nar dənələri Almaniya istehsalı olan “Monforst” avadanlıqlarında soyuq sıxılma üsulu ilə 2004 0043 saylı 12.04.2004 il tarixli patent əsasında istehsal olunaraq 100%-li rəfinə olunmamış nar yağı sizə təqdim olunur.
500 kq. nar dənələrindən cəmi 1 kq yağ alınlır.
Nar yağının müalicəvi və kosmetik təsirləri onun tərkibindəki unikal piyli turşuların və E vitaminin hesabınadır.
Nar turşusu çox nadir rast gələn maddədir və yağın tərkibində onun miqdarı 70 %-dən yuxarıdır. Bu da metobolik proseslərin normal şəkildə getməsini tənzimləyir və dərinin tez qocalmasının qarşısını alır.
Tərkibi:
Nar turşusu 66,76-79,29 %, palimitin turşusu 3- 3,83 %, stearin turşusu 1,6-2,38 %,
olein turşusu 4,70 – 5,48 %, linol turşusu 4,98 – 7,74 %
Təsirləri: Nar yağı nəmləndirici, yumşaldıcı, doyma və qoruma kimi kosmetik təsirlərə malikdir. Dərini dartır, qırışları hamarlayır, membran hüceyrələrinin elastikliyini artırır. Əprimiş, cansız, yorulmuş dərilərdə istifadə edilərsə effektiv nəticələr verir. Günəş vannalarından sonra, yanıq və yaralarda, eqzema və psoriazda işlənir. Kollegen əmələ gəlməsində dəriyə köməklik edir, sərbəst radikallar üçün tələ rolunu oynayır. Döş nahiyəsinin massajı döşün tonusunu yaxşılaşdırır.
Əks təsirləri: Yağlara qarşı fərdi həssaslıq. Hamiləlik vaxtı yağın qəbulu 2 dəfə azaldılır.
Qablaşma: 15 ml.
Saxlama qaydaları: Quru, qaranlıq, uşaqların əli çatmayan , otaq temperaturda saxlayın.
Saxlama müddəti: 2 il