Qanqal yağı

Alaqanqal bitkisinin toxumları Almanya istehsalı olan “MONFORST” avadanlıqlarında sıxılır və 100% təbii qanqal  yağı sizə təqdim olunur.2004 0043 saylı 12.04.2004 tarixli patent əsasında soyuq presləmə üsulu tətbiq etməklə məxsusi texnologiya ilə hazırlanır.

Tərkibi:Doymamış piyli turşular

-Linol turşusu 61-62%

-Olein turşusu 21-22%

-Palmitin turşusu 8-9%

-Stearin turşusu 3.5-4%

-Araxin turşusu 1.5-2%

-Beqen turşusu 1-1.5%

Təsirləri: Qanqal yağı müalicə və profilaktika məqsədi ilə aşağıda göstərilən hallarda qəbul edilir.

Qara ciyər, mədə və bağırsaq problemlərində, göbələkdən və digər müxtəlif zəhərlənmələrdə, qara ciyərin müalicədən sonrakı profilaktikasında, kimya və işıq terapiyasından sonrakı mərhələlərdə, narkotik maddələrin və alkoholun tərgidilməsində, müxtəlif dermotozlarda, dərinin müxtəlif allergiyalarında (psoriaz, keçəlləşmə, qırmızı lişay, çivzələr, vitiliqo), ürək-damar patalogiyalarında, dəri xəstəliklərində, ginikoloji problemlərdə, yaralarda, yanma və donmalarda, ümumi immunitetin qaldırılmasında istifadə olunur.

Əks təsiri: Yağlara qarşı fərdi həssaslıqdan savayı yan təsirləri yoxdur.Ciddi xəstəliklər zamanı yağı həkim məsləhəti ilə qəbul edin. Hamiləlik zamanı yağın qəbulu 2 dəfə azaldılır.

Qəbul qaydaları və dozası: Gündə 3 dəfə yeməkdən 30 dəqiqə  əvvəl 1 cay qaşığı 1 ay müddətində qəbul edilir.Əgər yağın qəbulunda fərdi həssaqlıq varsa onu yeməklərə və ya salatlara əlavə edin.

Qablaşması: 100 ml.

Saxlanma qaydası: Uşaqların əli çatmayan, sərin və qaranlıq yerdə saxlamalı. Soyuducuda saxladıqda yagın rəngi tündləşir və qatılaşır. Ancaq bu xüsusiyyətlər yağın tərkibinə təsir etmir və uzun müddət qalır.

Saxlama müddəti: 2 il