Rahiyyəsi: Əsasən zərif, soyuq, təravətli, zəif acı dadlıdır.
Qreypfrut efir yağı əhval ruhiyyəni nizamlayır, yaxşılaşdırır və təravətləndirir. Həyata baxışı və ətrafda baş verənləri düzgün, filosofcasına və sakit qiymətləndirməyə kömək edir.İllyuziyalardan azad olmağa, ətraf mühitlə əlaqə yaratmağa kömək edir.
Qreypfrut efir yağı yağlı dərilər üçün yetərlidir: piyli vəziləri normallaşdırır, tərcikləri daraldır, drenaj funksiyaların yaxşılaşdırmağı hesabına komedonların ( qara nöqtələr ) əmələ gəlməsinin qarşısını alır, tonusu qaldırır, piylənməni azaldır.Yağlı saçlara qulluq zamanı uzun müddət qəbul edilərsə saçların tez yağlanmasının qarşısını alır. Bu yağ özünün antisellülit xassələrinə görə də məşhurdur.
Piyli maddələrin mübadiləsini normallaşdırdığına görə çəkinin azalması üçün gözəl vasitədir. Bundan əlavə soyuqlama və yolxucu xəstəliklərinə qarşı müqaviməti artıraraq immuniteti qaldırır.
Qreypfrut efir yağı öd yolları və qara ciyərin işini yaxşılaşdırır, konkrementlərin əmələ gəlməsinə imkan vermir.
Yeməkdən sonrakı ağırlıq hissini yox edir, qidanın effektiv həzm olunmasına yaxşı şərait yaradır.
Qanın və limfanın toksinlərdən, şlaklardan təmizləmə xassələrinə malikdir və eyni zamanda afrodiziak xüsusiyyətinə görə isə psixoloji durumu tənzimləyir.
Tərkibi: Qlukoza 2.4-3.9% , Saxaroza 2.1-3.6% , Fruktoza 1.9-2.6% , Askorbin turşusu 72mg/100mg , Karotin 0.04-0.020mg/100mg.
Qəbul qaydaları:
1. 15 kv m. sahədə aromolampada buxarlanma 5-7 damcı
2. Soyuq inqalyasiya 2-3 damcı
3. Ümumi aromovanna zamanı hər vannaya 4-6 damcı
4. Sauna və ya hamamda 0,5 litr suya 4-7 damcı
5. Yağ kompresi üçün 10 ml istənilən bitki yağına ( baza yağı ) 4-6 damcı
6. Ümumi və ya seqment massajı zamanı baza yağına 4-6 damcı
7. Nöqtə massajı zamanı 2 damcı baza yağına 1 damcı qreypfrut efir yağı
8. Bürümə və yaxılma prosedurları zamanı 5-10 ml baza yağına 4-6 damcı
9. Təmizləyici imalədə 200ml suya 4-7 damcı
10. Mikroimalə zamanı 5ml baza yağına 2-4 damcı
Təsirləri:
- Antidepressant, tonuslandırıcı.
- Limfo və qan dövranını stimullaşdırır, qan təzyiqini artırır. Antiseptik, ağrıkəsici, iltihab əleyhinə, iştah artıran, piy mübadiləsini normallaşdıran, çəkini azaldan, hepatoprotektor, ödqovucu, sidik qovucu, antiselilüt, toksinləri çıxarma təsiri vardır.
Köməkçi vasitə kimi: depresiyada, melanxoliyada, qorxu hisslərində, halsızlıqda, asteniyada, pis əhvalda qəbul qaydalarında göstərilən 1 və 7 ci prosedurlar məsləhət görülür.
- Soyuqdəymə və viruslu respirator xəstəlikləri zamanı 1, 5 və 8
- Neyrosilkulyar distoniya, aşağı qan təzyiqləri zamanı 1 və 7
- Hüceyrələrin mikrosirkulyasiyasında 3 və 8
- Mədə pozulmaları, qidanın pis həzm olunması, qara ciyərin tonusunun, öd və öd yollarının aşağı fuksiyalarında, öd daşlarlarında, çıxarılmasında 1, 7, 9 və 10
- Çivzələrdə, dərinin ağardılması, selilütdə, piylənmədə, yağlı saçlarda 3 və 8
- Selilüt və piylənmələrdə dərinin elastikliyini artırmaq üçün qreypfrut yağı ilə aromoyağlar qarışığının sürtülməsi üçün 8-ci prosedur məsləhətdir.
Başqa efir yağları ilə qarşılıqlı təsirləri əsasən kyaput ağacı yağı, çərv yağı, lavanda yağı, gül yağı, şalfey yağıları ilə yaxşı səciyyələnir.
Əks təsirləri: efir yağlarına qarşı fərdi həssaslıq. 3 yaşadək uşaqlara 2, 4, və 10-cu prosedurları vermək olmaz. Hamiləlik zamanı həkimlə məsləhətləşin.
Daxilə qəbul zamanı gündəlik norma yalnız yeməkdən sonra 3 damcıdan artıq olmamalıdır və mədə divarlarını həyəcanlandırmamaq üçün mütləq balla qarışdırılaraq böyük miqdarda turş su ilə içilməlidir. Əgər mədə qıcqırarsa qatıq və yoqurt qəbul edilməlidir. Bədənə sürtmə prosedurundan 1 saat sonra küçəyə çıxmaq olar.Sürtmə və ya vanna qəbulundan sonra 2-3 dəqiqə ərzində qarın nahiyəsində, kürəkdə və yancaqlarda qızışma ola bilər ki, bunu da təbii qəbul etmək lazımdır.
Qablaşması: 15 ml şüşə flakon.
Saxlanma qaydası: Uşaqların əli çatmayan, sərin və qaranlıq yerdə saxlamalı. Soyuducuda saxladıqda yag qatılaşır. Ancaq bu xüsusiyyətlər yağın tərkibinə təsir etmir və uzun müddət qalır.
Saxlama müddəti: 2 il