Zeytun yağının 99,8%-i triqliserid adlanan yağlardan ibarətdir. Bunların 14%-i doymuş yağ turşularıdır, 72%-i tək doymamış yağ turşularıdır, 12%-i çoxlu doymamış yağ turşularından ibarətdir. Bir kiloqram zeytun yağında bundan başqa 300 milliqram fenoller və 150 milliqram tokoferoller mövcuddur. Digər yemək yağları ilə müqayisədə, zeytun yağında, təkli doymamış yağ turşularından oleik turşusunun çox yüksək nisbətlərdə olduğu görülmüşdür.
● Zeytun yağı hüceyrələri qoruyur. Zeytun yağının tərkibində olan Oleiprine adlı maddə sayəsində hüceyrələr yeniləşərək xərçəng xəstəliyinə qarşı işləyir.
● Zeytun yağı çox asan həzm olunur, qəbzliyin qarşısını alır.
● Zeytun yağı sidik daşı riskini azaldır. həzmi asanlaşdırır, Qara ciyər və sarılıq xəstəliklərində yaxşı təsir göstərir.
● Ağrı, revmatizm, burxulma və əzələ incəlmələrində zeytun yağından istifadə olunur. Yanıqlarda zeytun yağı sürtmək faydalıdır.
●”Ürəyin dostu”- zeytun yağı heyvan mənşəli yağlardan fərqli olaraq qandakı xolesterinin miqdarını azaldır və infarkt riskini azaltmış olur.
Saxlama qaydası: Quru, qaranlıq və uşaqların əli çatmayan yerdə otaq temperatu -runda saxlayın. Soyuducuda yağ qatılaşır və rəngi tündləşir. Bu onun keyfiyyətinə təsir etmir.
Qablaşması: 100, 250 ml.