Üzüm yağı

Qurudulmuş üzüm toxumları  Almaniyanın  “Monforst” avadanlığında soyuq  sıxılma  üsulu ilə  2004 0043 saylı 12.04.2004 il tarixli  patent əsasında  istehsal  edilir.

Üzüm yağı kosmetikada  həm müstəqil olaraq, həm də  müxtəlif  kompozisiyalarda  kosmetik vasitə kimi  geniş  istifadə  olunur.

Tərkibi:

Linol turşusu  – 70 %

Olein  turşusu – 25 %

Təsirləri: Dəriyə tez sorulur, nəmləndirir, yumşaldır və bu  zaman  dəridə  yağlı parıltılıq  yaratmır.

● Dərini təravətləndirir və tonuslandırır, onun elastikliyini artırır.

●Dəri qatının  regenerasiyası proseslərini sürətləndirir.

●Dərinin zədələnmiş  hissələrinə yeni örtüyün yaranmasına, qranullaşmasına aktivlik göstərir.

●Dərinin rəngini açır, qocalıq piqment ləkələrinin  əmələ gəlməsinin  qarşısını alır.

●Dərinin lipid balansını təmin  edir, dərialtı kapillyarları möhkəmləndirir.

●Sellyulit  yağlarının  əmələ  gəlməsinin  qarşısını  alır və qanın mikrosilkulyarlığını təmin edir.

●Cizvələrin  kompleks  müalicəsində geniş istifadə olunur.

●Yağın güclü antioksidant təsiri dərini tez qocalmağa  qoymur və dəri qatının  baryer funksiyalarını gücləndirir.

Qəbul qaydaları: Əllə toxunduqda  qoz yağı rayihəli, təravətli incə yağdır. Masaj zamanı əsasən  sellyulitlərdə çox geniş  istifadə olunur. Jojoba və avakado yağları ilə yaxşı  uzlaşır.

Əks təsirlərti: Yağlara qarşı  fərdi  həssaslıq.

Qablaşması: 15 ml.

Saxlama qaydası:Quru, qaranlıq, uşaqların əli çatmayan , otaq temperaturda  saxlayın.

Yararlılıq müddəti: 2 il