Qoz yağı

SEL MMC. Azərbaycan.

TƏRKİBİ:

  • F vitamini (75% -ni omeqa 3 və omeqa 6) – 92 %
  • Vitaminlər: A, E, B qrup, D, K, C, P və PP, fol turşusu
  • Minerallar: Ca, Zn, Cu, J, Mg, Fe, P, K, Co və Se
  • Lizin aminturşusu, sitosterin, koenzim Q10
  • Entemiriaza fermenti.

FARMOKOLOJİ   XÜSUSİYYƏTLƏRİ:

SEL Qoz yağı immunomodulyator, regenerasiyaedici, iltihabəleyhinə, bakterisid, sedativ, sidikqovucu, ödqovucu, antisklerotik, hipotenziv, şişəleyhinə və radiasiyaəleyhinə effektlərə malikdir.

  • Enterimiaza - cinsiyyət orqanları nahiyəsində qan dövranını yaxşılaşdırır və spermatogenezi artırır.
  • C vitamini və Zn, Cu mineralları damar divarlarını möhkəmləndirərək qaraciyərin və damar divarlarının piy infiltrasiyasının qarşısını alır, bununla da ürək qan-damar, qaraciyər xəstəliklərinin, endokrin sistemin, şəkərli diabetin müalicə və profilaktikasında mühüm əhəmiyyətə malikdir. Cu toxuma tənəffüsündə aktiv iştirak edir, hemoqlobin sintezini və  eritropoezi artırır.
  • Lizin aminturşusu zülalların heç bir enerji sərf olunmadan mənimsənilməsinə səbəb olur.
  • Omeqa-3 və omeqa-6nın üstünlük təşkil etməsi qanda xolesterinin miqdarını  azaldaraq ürək qan – damar, sinir siteminin və şəkərli diabetin müalicə və profilaktikasında aparıcı rol oynayır.
  • E vitamini və Se ilə zəngin olduguna görə şişəleyhinə təsir göstərir, radiasiya şüalanmasına qarşı orqanizmin müqavimətini artırır və antioksidant təsir göstərir.
  • C və P vitaminləri kapilyarların keçiriciliini azaldır, oranizmin infeksiyalara qarşı reaktivliyini artırır, hüceyrə immuniteti göstəricilərini yaxşılaşdırır. .
  • Koenzim Q10 arterial təzyiqi aşağı salır, kardiomiositlərin toxuma tənəffüsündə iştirak edir, ürək əzələsinin qidalanmasını və funksiyalarını yaxşılaşdırır, piy toxumasını oksigenlə zənginləşdirir, təbii immunomodulyatordur, venalarda qan axınını yaxşılaşdırır, qanda xolesterinin səviyyəsini normallaşdırır, damar divarlarını aterosklerotik düyünlərdən təmizləyir, antioksidant effektə malikdir, iltihabəleyhinə və allergiyaəleyhinə təsirə malikdir, şişəleyhinə preparatların və antibiotiklərin toksikliyini və əlavə təsirlərini azaldır.
  • Kalium ürək əzələsinin normal fəaliyyətini təmin edir.
  • Maqnezium qan damarlarını genişləndirir, arterial təzyiqi aşağı salır, sidikqovucu, işlədici, ödqovucu və sedativ təsir göstərir.
  • F vitamini həyati vacib orqanlar olan ürək, beyin, qaraciyər üçün qida mənbəyidir, tikinti materialı və qoruyucu baryerdir. Bu vitaminin catışmazlığı nəticəsində  yaddaş pozğunluğu və ağıl zəifliyi əmələ gəlir. Qoz yağı dölün və yenidoğulmuşun sinir sisteminin normal inkişaf etməsi üçün hamilə qadınlara və südverən analara göstərişdir.

İSTİFADƏ QAYDASI:

  • 1 – 3 yaş:  gündə 3 – 5 damcı
  • 3 – 6 yaş:  gündə 5 -10 damcı
  • 6 – 12 yaş: gündə 1 çay qaşığı
  • 12 – 16 yaş:  gündə 1 desert qaşığı
  • Böyüklər: 1 ç/q gündə 3 dəfə yeməkdən 30 dəqiqə əvvəl
  • Hamilə qadınlar gündə 2 dəfə 1 desert qaşığı

Yaralar nekrotik toxumalardan təmizləndikdən sonra regenerasiyanı sürətləndirmək üçün hər gün yaralara sarğı şəklində qoyulur.

Buraxılış forması: flakon 120 ml

İSTEHSALÇI: SEL  MMC.  Azərbaycan.