İtburnu yağı

SEL MMC. Azərbaycan.

TƏRKİBİ:

  • Doymamış yağ turşuları – 57%
  • Palmitin – 8 – 10%
  • Stearin – 2 – 4%
  • Linol turşusu – 45 – 56%
  • Piyli turşular – 16 -25%
  • Linolen – 2 – 4%
  • Zülallar, fosfolipidlər, tokoferol, flavanoidlər, karotinoidlər.

FARMOKOLOJİ   XÜSUSİYYƏTLƏRİ:

Antilipidemik, sidikqovucu, insulin ifrazını artırır, qanı duruldur, revmazmin kompleks müalicəsində, immuniteti gücləndirir.

Yağ turşuları maddələr mübadiləsini tənzəmləyərək, toxuma hormonlarının sintezində aktiv iştirak edir, piylənmənin qarşısını alır.

Triqliseridlər və yağ turşuları hesabına dəriyə iltihabəleyhinə,  regenerasiyaedici, tonuslandırıcı təsir göstərir, dərinin dərin qatlarına sovrulur, elastik olmasını təmin edir, dərini nəmləndirir, dəridəki piy vəzilərinin normal iş fəaliyyətini, həmçinin  epidermal baryeri bərpa edir, səthi və dərin qırışları hamarlaşdırır, dərinin rəngini yaxşılaşdırır, kollagen və elastin liflərinin sintezini artırır, qocalma proseslərinin qarşısını alır.

Göstərİşlərİ:

  • Uşaqlarda kəskin respirator xəstəliklərin profilaktikası
  • Sidikqovucu preparatlarla yanaşı təyin olunur
  • Şəkərli diabetin və qalxanabənzər vəzin xəstəliklərinin profilaktikası
  • Müxtəlif növ anemiyalarda
  • Yağlı, quru və qarışıq dəri tipləri
  • Problemli dəri və quru dermatitlərin müalicəsi
  • Dəridəki iltihabi proseslər, səpgilər, qıcıqlanmalar
  • Dəridəki civzələri təmizləyir
  • Sellülitin müalicə və profilaktikası
  • Saç dibləri və dırnaqların möhkəmləndirilməsi

İSTİFADƏ QAYDASI:

  • Daxilə qəbul üçün: 3 damcı yağı 1 stəkan suya və ya 1 ədəd qəndin üzərinə töküb, gündə 2 dəfə qəbul etmək lazımdır.
  • Dərini qidalandırmaq məqsədi ilə: hər gün bir neçə damcı sürtmək kifayətdir.
  • Dərini təmizləmək üçün isti suda isladılmış pambığın üzərinə bir neçə damcı ərik yağı  tökülüb istifadə olunur.

Buraxılış forması: Flakon 100 ml

İSTEHSALÇI: SEL  MMC.  Azərbaycan.