Balqabaq yağı

SEL MMC. Azərbaycan.

TƏRKİBİ:

  • Vitaminlər: E, F-70%, tokoferol 40-60 %, K, B1, B2, B6, P, PP
  • Fe, Mq, Zn, Se, 53 mikro və makroelement
  • Kukurbitin, triqonellin alkaloidi
  • Fosfolipidlər, flavinoidlər, pektinlər, sterinlər
  • Doymamış və polidoymuş yağ turşuları

FARMOKOLOJİ   XÜSUSİYYƏTLƏRİ:

Kukurbutin adlanan maddə hesabına qurdəleyhinə vasitə kimi effektivdir.

Triqonellin alkaloidi qanda şəkərin miqdarını normallaşdırır, antioksidantlar, fosfolipidlər hepatoprotektor təsir göstərir.

A, E vitaminləri, Se epitelin differensasiyasını və fizioloji funksiyasını təmin edir, prostat vəzinin adenoması zamanı hüceyrələrin proliferasiyasını ləngidir.

Fe, Zn, Mq mikroelementləri və vitamin kompleksi qanın tərkibində  xolesterinin miqdarını azaldır, reologiyasını  normallaşdırır, ürək əzələsinin qidalandırır, damarların keçiriciliyinin bərpa edir.

C vitamini, antioksidantlar orqanizmin immunitetini artırır.

Mikroelementlər, C və P vitaminləri iltihabəleyhinə effektə malikdirlər.

C, P vitaminləri, Mq, Zn, Cu hesabına antisklerotik təsirə malikdir.

P, PP, vitaminləri, flavinoidlər, Mn, Se, Cu, Zn hesabına xoraəleyhinə effekti var.

A, E vitaminləri, mikroelementlər hesabına yanıqların, yaraların müalicəsində reparativ təsir göstərir. Proktoloji xəstəliklərdə yerli müalicə zamanı ağrı, göynəmə, qaşınmanı azaldır.

A, E vitaminləri, Zn hesabına görmə zəifliyinin müalicəsində  effektlidir.

Tərkibində bol miqdarda  A, E vitaminləri, Zn, Se mineralları hesabına, dərini nəmləndirir, oksigenlə zənginləşdirir, yumşaqlığını və elastikliyini təmin edir, günəş şüalarından qoruyur  və regenerasiyanı artırır, civzələrdən, seboreyadan ve yağlı kəpəkdən xilas olmağa kömək edir, dırnaqların və saçların tamlığının bərpa olunmasını və uzanmasını sürətləndirir.

İSTİFADƏ QAYDASI:

  • 0-7 yaş: 15 ml gündə 2 dəfə yeməkdən 30 dəq əvvəl
  • 7-15 yaş: 1 desert qaşığı gündə 3 dəfə yeməkdən 30 dəq əvvəl
  • Böyüklərə: 1 xörək qaşığı gündə 3 dəfə yeməkdən 30 dəq əvvəl

Zədələnmiş dəri səthinə və selikli qişalara  kompresslər  və applikasiyalar şəklində tətbiq oluna bilər.          Proktoloji praktikada yerli olaraq mikroklizmalar  şəklində tətbiq edilir:1/4  stəkan isti suya 1 x.q. yağ əlavə edir  emulsiya şəklinə gəlməsi üçün çalırlar.

Üz dərisi və saçların dibinə maska şəklində də istifadə oluna bilər.

Buraxılış forması: flakon 120 ml.

İSTEHSALÇI: SEL MMC.  Azərbaycan.