Badam yağı

SEL MMC. Azərbaycan.

TƏRKİBİ:

  • Vitaminlər: A, E, C, F, B1, B2, B6
  • Minerallar: Zn, Fe, Na, Ca, Mg, P
  • Zülal maddələri: kollagen, elastin, keramid
  • Emulsin fermenti
  • Aşılayıcı maddələr, azotlu maddələr
  • Lesitin, sitosterin, qlükoza, skvalen

TƏSİRİ:

  • Ağrıkəsici, spazmolitik, bürüyücü və yumşaldıcı effektlərə malikdir
  • Dəridə baş verən qıcıqlanmanı, quruluğu  və qabıqlanmanı aradan qaldıraraq, dərini təmizləyir, su və lipid balansını tənzimləyir
  • Badam yağı saçların uzanması və möhkəmləndirilməsinin güclü, təbii stimulyatorlarından biridir. Saç diblərini qidalandırmaqla o, saçların uzanmasını stimullaşdırır və onları parlaq və yumşaq edir, kiprikləri isə qidalandıraraq möhkəmləndirir.
  • Yüksək cavanlaşdırıcı effektə malikdir, epidermis hüceyrələrinin yeniləşməsini və bərpasını stimullaşdırır, dərini yumşaldır və nəmləndirir, onu ətraf mühitin zərərli təsirlərindən qoruyur.
  • Badam yağı antisellülit təsirə malikdir. Dərinin daha dərin qatlarına daxil olaraq limfa və qan dövranını aktivləşdirir, bununlada artıq mayenin və şlakların xaric olmasına, dərinin möhkəmlənməsinə və dartılmasına səbəb olur.
  • Olein turşusu dəridən tez sovrulur, onu sakitləşdirir, yumşaldır, iltihabəleyhinə, regenerasiyaedici, tonuslandırıcı, cavanlaşdırıcı, qidalandırıcı, və nəmləndirici təsir göstərir.
  • Azotlu maddələr hüceyrələrdə zülal tarazlığını tənzimləyir, dərinin yeniləşməsini optimallaşdırır, bunun nəticəsində o daha hamar, şəffaf və elastik olur.
  • Lesitin hüceyrələrdə antisklerotik və fermantativ aktivliyi gücləndirir.
  • E vitamini hüceyrələrin qocalmasını ləngidir, dəridəki iltihabi prosesləri aradan qaldırır, təbii antioksidantdır.

İSTİFADƏ QAYDASI:

  • Xroniki qastrit, kolit və qəbizlik zamanı:
    • 12 yaşına kimi uşaqlar gündə 2 dəfə ½ x/q yeməkdən 30 dəq əvvəl,
    • 12 yaşından böyük uşaqlar isə gündə 2 dəfə 1 x/q yeməkdən 30 dəq əvvəl qəbul edilir.
    • Dərini qidalandırmaq üçün – hər gün dəriyə bir neçə damcı sürtülür.
    • Üz dərisinin təmizlənməsi üçün – isti suda isladılmış və sıxılmış pambığa bir neçə damcı yağ töküb kiprikləri və üzü makiyajdan təmizlənir.
    • Saçların uzanması və möhkəmləndirilməsi üçün – həftədə bir dəfə saçları yumazdan 1 saat əvvəl saçların dibinə sürtülür.
    • Striaların müalicəsi və profilaktikası üçün gündə 2 – 3 dəfə 10 – 15 damla yağ dəriyə sürtmək kifayətdir.

Buraxılış forması: Flakon 100 ml

İSTEHSALÇI: SEL  MMC.  Azərbaycan.