Küncüt yağı

SEL MMC. Azərbaycan.

TƏRKİBİ:

  • Palmitin turşusu – 10%,  Stearin turşusu – 5%, Olein turşusu – 43%, Linol turşusu – 40%
  • Linolen turşusu – 0.3% Araxidon turşusu – 0.5%
  • A,  E və B qrup vitaminləri, Fe, Zn, Mg, Ca və P mineralları
  • Lesitin, metionin, triptofan aminturşuları
  • Sesamol, sesamin, besamolin antioksidantları

tƏsİRİ:

½  stəkan küncüt toxumunun tərkibindəki Ca 1 stəkan süddə olan Ca- dan 3 dəfə çoxdur.

Ca- uşaqların normal inkişafı və formalaşması üçün, sümük toxuması və dişlərin mineralizasiyası üçün, ürək-damar, sinir sisteminin adekvat fəaliyyəti üçün zəruri və əvəzolunmaz makroelementdir.

Zn və Mg – orqanizimdə Ca-un mənimsənilməsini, sümüklərin və dişlərin normal inkişafını təmin edir.

Lesitin aminturşusu əvəzolunmaz aminturşularına aiddir və sinir sisteminin bütün hüceyrələrinə müsbət təsir göstərir.

Metionin və triptofan aminturşuları qaraciyər və böyrəklərdə gedən mübadilə proseslərində, həmçinin B qrup vitaminlərinin orqanizmdə dövriyyəsində iştirak edir.

Fe  və B qrup vitaminləri ilə zəngin olduğundan anemiyanın müalicəsində tez effekt verir.

Günəş şüalarının təsirindən parçalanmadığına görə dəriyə sürtüldükdən sonra uzun müddət təsir göstərir.

İSTİFADƏ QAYDASI:

  • 6-12 ay: ½ çay qaşığı gündə 2 dəfə yeməkdən 1 saat əvvəl daxilə qəbul olunur
  • 1-2 yaş:  1 çay qaşığı gündə 2 dəfə yeməkdən 1 saat əvvəl daxilə qəbul olunur
  • 3-12 yaş: 2 çay qaşığı gündə 2 dəfə yeməkdən1 saat əvvəl daxilə qəbul olunur
  • Böyüklərə: 1 x/q gündə 2 dəfə yeməkdən1 saat əvvəl daxilə qəbul olunur

Massaj məqsədi ilə dəriyə hər gün bir neçə damcı sürtülür.

BURAXILIŞ FORMASI: flakon 100 ml.

İSTEHSALÇI: SEL  MMC.  Azərbaycan.