Ərik yağı

SEL MMC. Azərbaycan.

Tərkibi: Doymamış piyli turşular: Palmitin 1-3%, Stearin 2-4%, Linol 43-53%, Piyli turşular 15-25%, Linolen-8-10%. Zülallar, fostolipidlər, tokoferollar, flavanoidlər.

Təsirləri: Ərik yağı hər növ dəriyə uyğundur. Üz və gözətrafı nahiyyələrin makiyajdan  təmizlənməsində istifadə olunur, problemli dəri və quru dermatitlərin müalicəsində effektivdir, dəridəki iltihabi prosesləri, səpgiləri, qıcıqlanmanı aradan götürür, cıvzələri təmizləyir, dəri yanıqları və çatlarının müalicəsində istifadə olunur, antisellülit təsirləri vardır, saç dibləri və dırnaqların  möhkəmləndirilməsində geniş istifadə olunur.

Uşaqlarda kəskin respirator xəstəliklərin profilaktikası məqsədilə, sidikqovucu kimi, müxtəlif növ anemiyalarda, görmə zəifliyində, uşaqların böyümə proseslərini sürətləndirmək məqsədi ilə istifadə oluna bilər.

Əks təsiri: Yağlara qarşı fərdi həssaslıq. Hamiləlik zamanı yağın qəbulu 2 dəfə azaldılır.

Qəbul qaydaları və dozası: Daxilə istifadə: yeməkdən  1 saat əvvəl 8yaşa qədər 1 ç.q. gündə 3 dəfə, 15 yaşa qədər 1 des.q. gündə 2 dəfə, böyüklər üçün 1 x. q.gündə 3 dəfə qəbul edilir.

Qablaşması: 100 ml plastik flakonlarda

Saxlanma qaydası: Uşaqların əli çatmayan, sərin və qaranlıq yerdə saxlamalı. Soyuducuda saxlandıqda yağın rəngi tündləşir və qatılaşır. Ancaq bu xüsusiyyətlər yağın tərkibinə təsir etmir.

İstehsalçı: SEL MMC. Azərbaycan  Respublikası. Bakı şəhəri, A.Nemətulla küç,ev 19/36

E-mail: [email protected]

www.sel-oil.az