Çaytikanı yağı

SEL MMC. Azərbaycan.

TƏRKİBİ:
•    E vitamini  – 160 mq%.
•    Provitamin A – 250 mq%
•    Karotinlər – 100 mq%.
•    Vitaminlər:  F, K, P, B qrupu.
•    Minerallar:  Mg, Al, Si, Fe, Ti
•    B-sitosterin.

TƏSİRİ:
•    Dəridə və selikli qişalarda reparativ prosesləri stimullaşdırır, zədələnmiş toxumaların sağalmasını surətləndirir, dəri yanıqlarının müalicəsində geniş istifadə olunur.
•    B-sitosterin güclü antisklerotik  effektə malikdir,  xolesterinin antaqonistidi olaraq, hipertoniya, ateroskleroz, ürəyin işemik xəstəliyində müsbət effekt verir.
•    Ağrıkəsici, antibakterial, antioksidant və sitoprotektor  təsirlərinə malikdir.

İSTİFADƏ QAYDALARI:

• Cərrahiyyə: zədələnmiş sahə nekrotik toxumalardan təmizləndikdən sonra, xaricə günaşırı ( qranulyasiya əmələ gələnə kimi ) yağlı sarğılar şəklində tətbiq olunur.

• Qastroenterologiya: mə`də və 12 barmaq bağırsağın xora xəstəliyində çaytikanı yağını gündə 3 dəfə yeməkdən 30 dəq əvvəl 1 ç/q. qəbul edirlər.Kurs müalicə 1 aydır.

• Ginekologiya: kolpitlər və endoservisitlər zamanı əvvəlcədən tənzif şariklər vasitəsi ilə təmizləndikdən sonra uşaqlıq yolunun divarlarına sürtülür. Uşaqlıq boynunun eroziyasında çoxlu miqdarda yağda isladılmış tənzif tamponlar istifadə olunur. Tamponlar hər gün dəyişdirilir. Kolpitlərdə müalicə kursu 10 – 15 prosedur, endoservisit və eroziyalarda 8 – 12 prosedurdur. Ehtiyac olarsa müalicə kursu 4- 6 həftədən sonra təkrarlanır.

• LOR: yuxarı tənəffüs yollarının xəstəliklərində inqalyasiya formasında təyin edirlər (gündə 15 dəq). Müalicə kursu 8 – 10 prosedurdur.

• Pediatriya: 6 yaşına kimi uşaqlara gündə 1 dəfə 0,5 ml daxilə qəbul etmək lazımdır. 6 – 14 yaşlarında gündə 2 dəfə 0,5 ml . Böyüklərə və 14 yaşından yuxarı uşaqlara gündə 2 – 3 dəfə 1 çay qaşığı təyin edirlər. Müalicə kursu minimum 14 gündür. Ehtiyac olarsa müalicə kursu 4 – 6 həftədən sonra təkrarlanır.

BURAXILIŞ FORMASI: flakon 100 ml.
İSTEHSALÇI: SEL  MMC.  Azərbaycan.