Qara Zirə yağı kapsula

TƏRKİBİ:

  • Doymamış piy turşuları – 58%
  • Linol turşusu – 60%
  • Olein, palmitin, stearin, petrozelin turşuları – 11%
  • Efir yağları – 1,3%
  • E-vitamini – 3,6 mq/100 q
  • Ca, Fe, Zn, Cu, P

FARMOKOLOJİ   XÜSUSİYYƏTLƏRİ:

Virusəleyhinə, göbələkəleyhinə, iltihabəleyhinə, antibakterial, sidikqovucu, ödqovucu, bəlğəmgətirici, bronxgenişləndirici, bərkidici, tonuslaşdırıcı, trombolitik, şəkərsalıcı və  immunnomodulyator  kimi xüsusiyyətləri qarazirə yağını bir çox xəstəliklərdə geniş istifadə etməyə imkan yaradır.

Qarazirə yağının müntəzəm istifadəsi qanda şəkərin  miqdarını azaldır, allergiya hallarının və xolesterinin səviyyəsini azaldmağa kömək edir, orqanizmin müqavimətini artırır,  bağırsaqların  peristaltikasını normallaşdırır, iltihabi prosesləri aradan qaldırır, disbakteriozun yaranmasının qarşısını alır, damar genişlənməsini və trombların əmələ gəlməsini ləngidir, toxumaları onkogen təsirlərdən qoruyur.

Göstərİşlərİ:

  • Şəkərli diabet və hipertoniya xəstəliyi
  • Tənəffüs yollarının iltihabi xəstəlikləri
  • Bronxial astma
  • Sinir sisteminin xəstəlikləri
  • Sidik yollarının iltihabi xəstəlikləri
  • Yaralar  və  xoralar
  • Helmintozlar
  • Disbakterioz
  • Diareya
  • Dismenoreya
  • Allergik hallar
  • Damarların varikoz genişlənməsi

.

İSTİFADƏ QAYDASI:

  • 2-5 yaş körpələrə: 5 damcı gündə 1 dəfə yeməkdən əvvəl
  • 6-10 yaşlı  uşaqlara: 10 damcı və ya ½  çay qaşığı acqarına
  • 10 yaşdan yuxarı uşaqlar və böyüklər: 1 ç/q gündə 1 dəfə acqarına qəbul edilməlidir.

Qarazirə yağının dadı acı olduğundan, onu körpə uşaqlara bal və ya şirin çayla vermək lazımdır.

Buraxılış forması: flakon 100 ml.

İSTEHSALÇI: SEL MMC.  Azərbaycan.