Qara bibər yağı

Qara bibər toxumları Almaniya istehsalı olan “Monforst” avadanlıqlarında soyuq  sıxılma üsulu ilə  2004 0043 saylı 12.04.2004 il tarixli  patent əsasında  istehsal  olunaraq 100%-li rəfinə  olunmamış  qara bibər yağı  sizə təqdim olunur.

Təsirləri:

Çox  güclü qızışdırıcı, spazmaloji və iltihab əleyhinə  təsirləri vardır. Qançırların, qandövranının  müalicəsində geniş istifadə olunur. Nazik qan damarlarını genişlənməsi hesabına əzələ  ağrılarını azaldır. İdman və fiziki yükləmələrdə, revmatoid artritlərdə, son ətrafların müvəqqəti ifliclərində yaxşı nəticələr verir.Dəri hüceyrələrinin regenerasiyası hesabına  dərini cavanlaşdırır, bakteriya və virus  dermatitlərində təsirləri vardır. Herpes qabarcıqlarını dəri xaricində qurudur onların sağalmasına, dəri daxili bərpanı intensivləşməsinə kömək edir. Kosmetoloqlar tərəfindən sellyitlərə  qarşı geniş istifadə edilir.

Aromalampalarda: 3-5 damcı 15 kv.m. sahəyə

Aromadaramada: daragın dişlərinə bir neçə damcı

İnqalyasiyalarda: 1 boşqab istu suya 1 damcı əlavə edib 7-10 dəq.ərzində buxarla nəfəs alın.

Kompreslərdə: 10 ml. baza yağına  3-5 damcı əlavə edib dəriyə sürtün.

Keçəlləşməyə qarşı 5-6 ml. küncüt  yağına 3  damcı əlavə edib dəriyə sürtün.

Masaj və sürtmələrdə: 10ml baza yağına  3-5 damcı

Əks təsirləri Uzun müddət  qəbul zamanı böyrəklərin  hədsiz aktivləşməsinə, dərinin qıcıqlanmasına  səbəb ola bilər. Hamiləlik  vaxtı qəbulu  dayandırın. 3 yaşınadək uşaqlara və hipertonik problemləri olan yaşlı  adamlara qara bibər yağının  istifadəsi qadağandır.

Xüsusi göstərişlər: Dozalara dəqiq riayət edin. Yağın dəri ilə  təması adətən intensiv termik reaksiyalar versədə 3-5 dəq. ərzində sakitləşir.

Yararlılıq müddəti: 2 il

Qablaşma: 15 ml.

Saxlama qaydaları: Quru, qaranlıq, uşaqların əli çatmayan ,otaq temperaturda  saxlayın.

Saxlama müddəti: 2 il