Kokos yağı

Tərkibi:Doymamış piyli turşular

-Laurin turşusu 45-52%

-Miristin turşusu 13-20%

-Palmitin turşusu 7-10%

-Linol turşusu 1-3%

-Olein turşusu 0-1%

Təsirləri: Dəriyə sürtülən zaman kokos yağı 25 dərəcədən yuxarı temperaturda”əriyir”.Qırılmış və nazikləşmiş saçlar üçün ən yaxşı vasitədir.Üzdəki çox dərin olmayan qırışları hamarlayır. SEL natural kokos yağı güclü quruducu təsirə malikdir, ancaq dərini susuzlaşdırmır və nəmli edir. Xüsusilə epilyasiyadan sonar geniş istifadə olunur. Əl və daban çatlarında, dəri qurumalarında tövsiyyə edilir.

Daxilə qəbul zamanı kokos yağının tərkibindəki  laurin turşusu hesabına xolestrini normal diapazonda tənzimləyir.

Əks təsiri: Yağlara qarşı fərdi həssaslıq.Hamiləlik zamanı yağın qəbulu 2 dəfə azaldılır.

Qəbul qaydaları və dozası: Gündə 2-3 dəfə yeməkdən əvvəl 1xörək qaşığı qəbul edilir.

Bədənə, üzə və saçlara sürtülür, eyni zamanda başqa yağlarla qarışdırılaraq maska, krem və digər kosmetik vasitələrin hazırlanmasında istifadə olunur.

Qablaşması: 220 qr plastik flakon.

Saxlanma qaydası: Uşaqların əli çatmayan, sərin və qaranlıq yerdə saxlamalı. Soyuducuda saxladıqda yag qatılaşır. Ancaq bu xüsusiyyətlər yağın tərkibinə təsir etmir və uzun müddət qalır.

Saxlama müddəti: 2 il