Acı badam yağı

Acı badam dənələri  Almaniya istehsalı olan “Monforst” avadanlıqlarında soyuq  sıxılma üsulu ilə  2004 0043 saylı 12.04.2004 il tarixli  patent əsasında  istehsal  olunaraq    100%-li rəfinə  olunmamış  acı badam yağı  sizə təqdim olunur.

Acı badam yağını istər təmiz halda dəriyə və saçlara qulluq zamanı istərsə də müxtəlif kosmetik kremlərin, maskaların hazırlanmasında baza yağı kimi istifadə etmək olar.

Tərkibi: Olein turşusu 65-83%

Linol turşusu 16-25%

Təsirləri: Herpeslərdə, stomotitlərdə və ağrılı dermatitlərdə, bronxial astmada, ağ ciyər və qulaq  xəstəliklərində, öskürəklərdə  bəlğəmgətirici kimi işləyir. Osteoxondrozlarda, böyük kiçik damarlarda yığılmış duzların əridilməsində tətbiq olunur. Görməni gücləndirir və bütün iltihab proseslərində  geniş istifadə edilir, iştahı artırır.

Qəbul qaydaları: Yalnız xaricə qəbul edilir.

Əks təsirləri: Kiçik yaşlı uşaqlara, hamilə və süd verən  analara daxilə  qəbul qadağandır.  Yağlara qarşı fərdi həssaslıq.

Qablaşma: 100 ml.

Saxlama qaydaları: Quru, qaranlıq, uşaqların əli çatmayan , otaq  temperaturda  saxlayın.

Saxlama müddəti: 2 il