Gənəcərçək yağı

Tərkibi:

Riçinol turşusu 55-72%

Piyli turşular 15-26%

Palmitin turşusu 8-12%

Stearin turşusu 2-4%

Təsirləri: Dəridə piqmentləri və ziyilləri tam götürərək onu yumşaldır, ağardır və rahat sürtülür. Ziyilləri götürməkdən ötrü yağı axşam və sahər 5 dəq. az olmayaraq ziyilə sürtmək lazımdır. Gənəcərçək yağı məhşur işlədici vasitədən savayı kosmetika da saçlara, qaşlara, kirpiklərə qulluq etməkdə geniş istifadə olunur. Saçların artmasına, parıldamasına yaxşı təsir edir. Doğuş zamanı stimuləedici kimi qəbul edilir

Əks təsirləri: Uzun müddət daxilə qəbul edildikdə sancı və öyümə verə bilər. Hamiləlik vaxtı daxilə qəbulu qəti qadağandır.

Qəbul qaydaları və dozası: İşlədici kimi böyüklər daxilə 15-30 qr., uşaqlar 5-10-15 qr. (bir desert qaşığı) gündə 3 dəfə qəbul edir.

Qablaşması: 100 ml plastik flakonlarda.

Saxlama qaydası: Uşaqlaın əli çatmayan, sərin və qaranlıq yerdə saxlamalı. Soyuducuda saxladıqda yağın rəngi tündləşir və qatılaşır. Ancaq bu xüsusiyyətlər yağın tərkebenə təsir etmir.

Saxlama müddəti: 2 il.